Bolkart debet və əmək haqqı kart sahiblərinə müjdə

Bolkart debet və əmək haqqı kart sahiblərinə müjdə
Oxunma sayı: 31

Ölkənin aparıcı və ən innovativ banklarından biri olan Bank of Baku müştəri məmnuniyyəti və rahatlığı üçün növbəti yeniliyə imza atır. Belə ki, Bank Bolkart debet və əmək haqqı kart müştərilərinə illik 5% gəlir əldə etmələrinə imkan yaradır.

"Qafqazinfo" xəbər verir ki, tətbiq edilən bu yenilik sayəsində müştərilər, Bankda əmanət hesabı açmadan gündəlik olaraq əlavə gəlir qazana biləcəklər. Əmanət hesabından fərqli olaraq, bu kart sahibləri balanslarındakı vəsaiti istədikləri an heç bir komissiya tutulmadan nağdlaşdıra və ya hesablarından çıxara bilərlər.  

İllik 5% gəlir qazanmaq üçün, Bolkart debet və Bank of Baku-nun əmək haqqı kart sahiblərinin balansında minimum 100 AZN vəsaitin olması kifayətdir. Əlavə faiz balansdakı qalıq məbləğin üzərinə gündəlik olaraq gəlir. Bu xidmət, hələ ki, AZN valyutasında olan kartlara şamil olunur. Cari Bolkart sahibləri artıq bu üstünlükdən faydalana bilər. 

Qeyd edək ki, bu yenilik Bank of Baku-nun bu yay “GƏLİİİR” şüarı altında elan edəcəyi onlarla silsilə kampaniya və yeniliklərindən sadəcə biridir.  

Bank of Baku-nun bu və digər xidmətləri haqqında daha ətraflı məlumat üçün, Bankın 145 Məlumat Mərkəzinə zəng edə və ya Facebook sosial şəbəkəsindəki rəsmi səhifələrinə müraciət edə bilərsiniz. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi