“Ölkə milli faciə ilə üz-üzə qalacaq” – Erməni seysmoloq

olke-milli-facie-ile-uz-uze-qalacaq-ermeni-seysmoloq
Oxunma sayı: 643

“Qafqazinfo”nun Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, bu sözləri erməni seysmoloqu Vladimir Balasanyan keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Ermənistanda zəlzələ baş verəcəyi halda 80% yaşayış fondu məhv olacaq. Seysmoloq yeni tikililərin olmasına rəğmən paytaxtın 70-80% yaşayış fondunun, binaların sovet dövründə tikildiyini və istifadəyə yararsız olduğunu açıqlayıb.

Həmin binaların 7 baldan aşağı zəlzələyə davamlı olduğunu və yeni tikililərin standartlara cavab vermədiyini deyən Balasanyan, zəlzələnin paytaxt İrəvan üçün əsl milli faciə olacağını qeyd edib. O, dəfələrlə binalarda bərpa işlərinin aparılmasının vacibliyi məsələsini qaldırsa da, müvafiq yerlərdən reaksiya gəlmədiyini bildirib.