“Ölkədə PKK-ya xidmət edən mətbu orqanlar var”

olkede-pkk-ya-xidmet-eden-metbu-orqanlar-var
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, “PKK bölgədəki demokratik proiseslərin düşmənidir” mövzusunda keçirilən dəyirmi masada 11 istiqallaçı deputat iştirak edib. Toplantıda ilk olaraq dünyasını dəyişmiş istiqalalçı deputatlar sayğı duruşu ilə yad olunub. Bundan sonra toplantının təşkilatçısı Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu çıxış edib və bildirib ki, tədbir iştirakçıları mövqeyindən, tutuduğu vəzifədən asılı olmayaraq, bu problemi müzakirə edəcəklər.

Hacıbaba Əzimov Azərbaycanda fəaliyyət göstərən bir neçə mətbu orqanı PKK-ya xidmətdə ittiham edib. “Hamıya məlumdur ki, “Diplomat” qəzeti PKK-ya xidmət edir. Lakin, “Həftə içi” qəzeti də onların maraqlarına uyğun dərc olunmuş yazılara təkzib vermir. Mən bununla bağlı bir neçə dəfə zəng edib etiraz etsəm də, nəzərə alınmayıb”.

Müsavat Partiyasının sədri İsa Qəmbər isə çıxışında bildirib ki, PKK-dan həmişə Türkiyənin əleyhinə, onun inkişafını ləngitmək üçün istifadə olunub, bu, indi də davam edir. Azərbaycanın bu məsələdə mövqeyinə gəlincə isə İsa Qəmbər bildirdi ki, Əliyev rejimi PKK probleminin həlli istiqamətində heç bir addım atmayıb: “İlham Əliyev bu yaxınlarda PKK-nı terror təşkilatı kimi tanıdğı haqda bəyanat versə də, bu kifayət deyil. Bununla bağlı rəsmi sənəd hazırlanmalıdır”.

Toplantıda Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı PKK problemini Türkiyənin gələcəyi üçün böyük əhəmiyyət daşıdığını deyib: “Bu məsələnin Türkiyənin gələcəyi, Atatürkün qurduğu ulusun qorunması naminə çox əhəmiyyətlidir, ona görə də Türkiyə bu sahədə qəti və sərt addımlar atmalıdır”.

Azərbaycan dövlətinin də PKK-ya ciddi yanaşmalı olduğunu VHP sədri bildirib ki, bu barədə açıq aydın danışlıdğı halda dövlət PKK-ya etinasız yanaşır: “Bu haqda danışanda da deyirlər ki, erməni məsələsi var, kürdü başımıza bəla etməyin. Başımıza bəla etməyin deyə-deyə, görəcəksiniz ki, başınız yoxdur, üzüblər”.

Firudin Cəlilovb isə çıxışında ilk olaraq vurğulayıb ki, parlament PKK-nı terrorçu təşkilat kimi qəbul etməlidir: “Bundan sonra Mili Təhlükəsizlik Nazirliyi Azərbaycanda PKK-ya bağlı mərkəzləri aşkara çıxarıb, sərhəddən uzaqlaşdırmalıdır”.

Tədbirin sonunda növbəti toplantıda istiqlalçı deputatların qurumunun yaradılması barədə qərar qəbul olunub.


Fatimə Kərimli