“Ölkədəki vəziyyət dəyişməsə, mühacirət davam edəcək”

olkedeki-veziyyet-deyismese-muhaciret-davam-edecek
Oxunma sayı: 672

“Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi xəbər görə, Oskanyan mayda baş tutacaq parlament seçkilərinin Ermənistan üçün qaçılmaz olduğunu deyib: “Belə ki, ölkənin qarşısında duran iki problemi dərhal həll etmək lazımdır: iqtisadi vəziyyət və Qarabağ məsələsi. Milli statistik xidmətin məlumatlarına əsasən, Ermənistanda iki milyon insan yaşayır. Bu o deməkdir ki, biz dövlətin üç milyonluq nüfuza sahib olmasının psixoloji astanasını tərk etmişik. Əgər ölkədə hökmranlıq edən sosial-iqtisadi vəziyyət və mənəvi-psixoloji atmosfer yaxın gələcəkdə dəyişməsə, mühacirət davam edəcək. İnsanlar niyə gedirlər? Onlar gedirlər, çünki gələcəyə olan inamlarını itiriblər, ədalətsizliklərdən yorulublar, əminliklərini itiriblər. Vəziyyəti düzəltmək üçün konstitusiyanı dəyişmək yaxud yeni qanunlar yazmaq lazım deyil. Bunun yerinə siyasi iradə göstərmək və konstitusiya, mövcud qanunlarını həyata keçirmək lazımdır. Demokratiyanın əsas prinsiplərinə riayət etmək ölkənin uğur və inkişafının açarıdır. “Çiçəklənən Ermənistan”ın yaxın 5 il üçün əsas istiqaməti azad, rəqabət qabiliyyətlnə malik iqtisadiyyat, yeni iş yerləri və layiqli həyatla təmin etməkdir. Ədalətli dövlətin yeganə yolu budur”.