Olland Əfqanıstana gözlənilməz səfər etdi

olland-efqanistana-gozlenilmez-sefer-etdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “France-Presse” agentliyi yayıb.

Agentlik xəbər verir ki, Olland Əfqanıstanda xidmət edən Fransa əsgərləri ilə görüşəcək. Fransa prezidentini səfərdə müdafiə naziri Jan-İv Le Dran və xarici işlər naziri Loran Fabius müşayiət ediblər. Təhlükəsizlik tədbirlərini nəzərə alaraq, səfərin tarixi əvvəlcədən açıqalanmayıb.

Fransa prezidentinin Əfqanıstanın dövlət və hökumət rəhbərləri ilə bir neçə saatlıq görüşü də nəzərdə tutulub.

Ollandın Əfqanıstana prezident seçildikdən sonra ilk səfəridir. Seçki kampaniyası dövründə Olland bu ilin sonunadək Fransa əsgərlərinin Əfqanıstandan çıxarılacağını vəd edib. Seçkilərdəki qələbəsindən sonra Olland “Böyük səkkizliy”in Kemp-Deviddə keçirilən NATO sammitində bu fikrini müdafiə etdiyini bir daha açıqlayıb.

Əvvəllər hesab olunurdu ki, Fransa hərbçiləri NATO-nun digər ölkələrinin əsgərləri kimi, 2014-cü ildə Əfqanıstandan çıxarılacaq. Bu ilin yanvarında əfqan əsgərinin fransız hərbçilərinə hücumundan sonra keçmiş dövlət başçısı Nikola Sarkozi hərbçilərin Əfqanıstandan çıxarılmasının tezləşdiriləcəyini açıqlayıb.

Hal-hazırda Əfqanıstanda 3300 Fransa əsgəri xidmət edir. On il ərzində antiterror əməliyyatlarında Fransanın 83 əsgəri həyatını itirib.