Bolqar müğənni türkçə oxudu - Etirazla üzləşdi

bolqar-mugenni-turkce-oxudu
Oxunma sayı: 693

Bolqarıstanın məşhur müğənnisi Anelia ölkəsində tənqidlərə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, bu səbəb isə sənətçinin “Dai me oshte” mahnısı Türkiyə türkçəsində oxuması olub. 

Bolqar ifaçı ötən ildə “Çırağan saray”ında çəkdirdiyi klipi təqdim edib. O, daha sonra ekran işinin ikinci versiyasını hazırlayıb, bəstəni türkçə ifa edib.  Mahnı “Youtube”də yayımlanmağa başladıqdan sonra ortalıq qarışıb. 

Müğənni bolqarlar tərəfindən tənqidlərə məruz qalıb, onun bu addımı etiraza səbəb olub. 

Vətənpərvər olmadığı iddia edilən sənətçi mövzu ilə bağlı açıqlama yayıb:

“Mən sənətçiyəm və bu, işimin bir parçasıdır. İnsanları millətinə görə yox, yaxşı olub-olmadığına görə ayrırıram”.