Bolqarıstan aksiyasında kuryoz hadisə - Polis bunu gözləmirdi+Video

bolqaristan-aksiyasinda-kuryoz-hadise
Oxunma sayı: 2416

Bolqarıstanın paytaxtı Sofiyada etiraz aksiyaları zamanı kuryoz hadisə yaşanıb.

“Qafqazinfo” life.ru-ya istinadən xəbər verir ki, nümayişçiləri dağıtmaq istəyən polis gözyaşardıcı qazdan istifadə edib. Ancaq əsən güclü külək qazı geri qaytararaq hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözünə çırpıb. Polislər dərhal gözlərini yumaq üçün geri çəkilib. 

Qeyd edək ki, parlament önünə toplaşan aksiyaçılar korrupsiyanın kökünü kəsmək və ölkədə demokratiyaya nail olmaq üçün referendum keçirilməsini tələb edirlər.