Bolqarıstan prezidenti Bayraq Meydanında

bolqaristan-prezidenti-bayraq-meydaninda
Oxunma sayı: 647

Trend -in məlumatına görə, Bolqarıstanın dövlət başçısına məlumat verilib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Bildirilib ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib.

Məlumat verilib ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılıb.

Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Qeyd edilib ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Sonra Georgi Pırvanova Bayraq Meydanının ətrafında həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilib.

Bolqarıstanın dövlət başçısına xatirə hədiyyəsi təqdim olunub. Ali qonaq Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılıb.