Bolqarıstanda aksiyaçılar Türkiyəylə sərhəd yolunu bağladı

bolqaristanda-aksiyacilar-turkiyeyle-serhed-yolunu-bagladi
Oxunma sayı: 2058

Bolqarıstanda sosial problemlərə etiraz edən yüzlərlə insan aksiya keçirib.

“Qafqazinfo” İHA-ya istinadən xəbər verir ki, etirazçılar Türkiyə ilə sərhəddəki Qapıqüllə və Həmzəbəyli gömrük məntəqələrinə gedən yollarını bağlayıblar.

Polis əməkdaşları ilə aksiyaçılar arasında çaxnaşma düşüb. Yaralanan və saxlanılan olmayıb.

Qeyd edək ki, Bolqarıstanda iqtidardakı koalisiya hökumətinin müttəfiqlərindən olan Milli Qurtuluş Cəbhəsinin rəhbəri və Baş nazirin müavini Valer Simeonovun əlil analarını spekulyasiya yaratmaqda ittiham etməsi böyük etirazlara səbəb olub. Əhali qiymətlərin baha olması və yaşam səviyyəsinin aşağı olmasından da şikayətləniblər.

Simeonov aksiyaların qarşısını almaq üçün dünən istefa verməsinə baxmayaraq qəzəbli vətəndaşların etirazı davam edir.