Bolqarıstanda zəlzələ oldu

bolqaristanda-zelzele-oldu
Oxunma sayı: 641

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, episentri paytaxt Sofiyadan 30 km şərqdə olan yeraltı təkanların gücü 6.4 bala çatıb. Yeraltı təkanlar Türkiyənin Ədirnə, Kırklareli və Təkirdağ bölgələrində də hiss edilib.

Zəlzələ nəticəsində bir çox binalara ziyan dəyib. Evlərn damlarının uçduğu xəbər verilir. Yeraltı təkanların davam etdiyi bölgələrdə bu ana qədər insan tələfatının olması barədə məlumat verilməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl İtaliyada da zəlzələ baş verib.