Bolqarıstanlı futbolçu “Qarabağ”ın təklifindən imtina etdi

bolqaristanli-futbolcu-qarabagin-teklifinden-imtina-etdi
Oxunma sayı: 1001

Bolqarıstanın “Botev”klubunun vinqeri Qustavo Zauer Portuqaliyanın “Boavişta” klubuna transfer olub.

“Qafqazinfo” “record.pt” saytına istinadən xəbər verir ki, solaxay futbolçu Portu təmsilçisi ilə 2021-ci ilin yayına kimi müqavilə imzalayıb.
 
Xəbərdə qeyd edilib ki, Zauer “Vitoriya Qimarayş”, “Qarabağ” və “Legiya” klublarından da təklif alıb.
 
Qeyd edək ki, 25 yaşlı futbolçu "Botev"də 40 oyunda 3 qol vurub.