“Bolqarların ucaboy oyunçularının hündür blokunu yarmaq...”

bolqarlarin-ucaboy-oyuncularinin-hundur-blokunu-yarmaq
Oxunma sayı: 1268

“Yaxşı oynayıb qələbə qazandıq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin baş məşqçisi Faiq Qarayevin köməkçisi Famil Ağayev bildirib.

Millimizin məşqçisi Avropa çempionatının qrup mərhələsinin son matçında Almaniyaya 3:1 hesabı ilə qalib gəldiyimiz oyunu dəyərləndirib:

“İlk setdə blok quran oyunçularımız arasında boşluq olurdu. Rəqib də həmin boşluqdan zərbəni keçirə bilirdi. Ancaq sonra bloku daha da sıxlaşdırdıq. Bundan sonra müdafiə xəttinə fikir verdik. Liberonu 1-ci zonada oynatdıq”.

Ağayev millimizin növbəti mərhələdə gözlənilən rəqibləri barədə də danışıb:

“Almaniya ilə yenidən oynamaq istərdik. Çünki almanların gücünü artıq bilirik. Həm də bolqarların ucaboy oyunçularının hündür blokunu yarmaq çətin olacaq”.