Bolt karyerasının son yarışında zədələndi - Fotolar + Video

Bolt karyerasının son yarışında zədələndi
Oxunma sayı: 165

İngiltərənin paytaxtı Londonda keçirilən atletika üzrə dünya çempionatında kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışının finalı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Useyn Bolt, Omar Makleod, Culiyan Forte və Yohan Bleykin təmsil etdiyi Yamayka komandası yarışda uğursuzluqla üzləşib.

Belə ki, son 100 metr məsafəyə qaçan Olimpiya və dünya çempionu, rekordçu Useyn Bolt zədələnərək yarışı tamamlaya bilməyib. Bununla da Bolt karyerası ilə kədərli şəkildə vidalaşıb.

Qeyd edək ki, kişilər arasında 4x100 metr məsafəyə bayraq yarışında birinci yeri Böyük Britaniya, ikinci yeri ABŞ, üçüncü yeri isə yaponiyalı atletlər qazanıb.







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi