Ölüm tarixini xəbər verən proqram yaradıldı

olum-tarixini-xeber-veren-proqram-yaradildi
Oxunma sayı: 1399

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, universitetin 2010-cu iləd həkimlər üçün hazırladığı bu proqram internet vasitəsilə ictimaiyyətə açıq elan olunub.

Mütəxəssislər proqramı ilk olaraq həkimlərin xəstələrin ölüm tarixini ehtimal etmələri üçün hazırlayıb. Xüsusilə yaşlı və xəstə insanlar üçün hazırlanan proqram tibbi məlumatlara daxil olmaqla işləyir. Tibbi məlumatlarına daxil olunan xəstənin ölüm tarixi müəyyən edilir.

Mütəxəssislər proqramın gələcəkdən xəbər verən bir alət olmadığını, ancaq etibarlı olduğunu xatırladıb. İndidən böyük marağa səbəb olan proqram “ölüm nisbətini hesablayan” adı verilib.

Kaliforniya Univesitetindən olan alimlərin söhbət etdiyi xəstələrin də ölüm tarixlərini bilmək istədikləri xəbər verilir.