Bomj “həmkar”ını öldürdü - Kriminal xəbərlər

bomj-hemkarini-oldurdu-kriminal-xeberler
Oxunma sayı: 1173

İyulun 14-də A.Mustafayev küçəsi 17-in qarşısından tüfeyli həyat tərzi keçirən Əjdər Mirzəyev döş qəfəsinin daxilə nüfuz edən bıçaq xəsarəti ilə KTM-ə daxil olmuş və iyunun 15-də orada ölmüşdür. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisəni törədən, tüfeyli həyat tərzi keçirən Maarif Abdullayev DİN Çevik Polis Alayının və Nəsimi RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşları tərəfindən tutulmuşdur.

İyulun 12-nə keçən gecə Buzovna qəsəbəsi A.Nemətulla küçəsində yaşayan Dəyanət Ağayevin evindən pəncərədən keçmə yolu ilə 1500 manat dəyərində, elə həmin gecə Buzovna qəsəbəsində yerləşən İmira Heydərovaya məxsus bağ evindən pəncərədən keçməklə 400 manat dəyərindən elektrik naqilləri oğurlamış, əvvəllər məhkum olunmuş Dəyanət Məmmədov iyulun 15-də Xəzər RPİ 2-ci PB-nin əməkdaşları tərəfindən tutulmuşdur.

Nizami RPİ Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda Mais Rəcəbli tutulmuşdur.