“Bomj”u evə gətirdi, döyərək öldürdü

bomju-eve-getirdi-doyerek-oldurdu
Oxunma sayı: 2449

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində evinə gətirdiyi “bomj”u döyərək öldürməkdə təqsirləndirilən Malik Həsənovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun icraatında olan prosesdə M.Həsənov ifadə verərək hadisənin necə baş verdiyini danışıb.

O deyib ki, qətlə yetirdiyi 1951-ci il təvəllüdlü Zakir Səlimov tüfeyli həyat tərzi sürürmüş: “Küçədə görəndə salamlaşırdıq, sonra dostlaşdıq, evə dəvət etdim. Həmin gün də bizdə çimdi, ona paltar verdim. Sonra birlikdə içdik, yatanda Zakir yatağı batırdı. Buna görə aramızda mübahisə düşdü, onu qovdum, amma getmədi. Polisə xəbər verdim, yenə də getmədi, onu döydüm. Gördüm evdən çıxmır, özüm polis bölməsinə gedib məlumat verdim. Evə qayıdanda hələ sağ idi, sonra öldü”.

Proses noyabrın 28-də davam etdiriləcək.

Murad Əhməd