“Bomj”u öldürənin məhkəməsi başladı

“Bomj”u öldürənin məhkəməsi başladı
Oxunma sayı: 734

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "bomj"u öldürməkdə təqsirləndirilən Sadiq Nəhmətovun məhkəməsi başlayıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Eldar İsmayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. 

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. 

Proses martın 13-də davam etdiriləcək. 

İttihama görə, 2017-ci ilin noyabr ayında Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində 1965-ci il təvəllüdlü Zahir Hacıağayevi 1981-ci il təvəllüdlü tanışı S.Nehmətov bıçaqlanaraq öldürülüb. Z.Hacıağayev əvvəllər məhkum edilib. O,  tüfeyli həyat yaşayıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi