“Ömür bumu?” – Fotosessiya, Video

omur-bumu-fotosessiya-video
Oxunma sayı: 679

F. Ağayev düz 40 il öncə, bu günkü gün (29 dekabr 1971-cı il) Bakıda dünyaya göz açıb. Peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra "Qizil Payiz-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov – 96 Beynəlxalq müsabiqəsində də qalib gəlib.

Bundan sonra Faiq Ağayevin professional səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı ildən, o, Azərbaycan Dövlət Tele-Radio Verilişləri Şirkətinin solistidir. 1995-ci ildə müğənninin "Ola bilməz" adlı ilk albomu çıxır. Bu albomdan sonra 1996-cı ildə çıxan "Səni əvəz eləmir", 1998-ci ildə çıxan "Vəfasızım", 1999-cü ildə buraxılan "Faiq Ağayev – Seçmələr", 2000-ci ildə çıxan "Minilliyin sonu…" və 2002-ci ildə işıq üzü görən "Tam məxfi" albomları müğənninin diskoqrafiyasını davam etdirir.

1998-ci ildə Faiq Ağayev "İlin Konserti" nominasiyasında, 1999-cu ildə isə "Dəşti " klipinə görə "İlin Klipi" nominasiyasında "Humay" Milli Mükafatının sabibi olur. Həmçinin 1999-cu ildə o, "İlin Müğənnisi" nominasiyasında "Grand" Milli Mükafatınını qazanır.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayevə Əməkdar artist fəxri adı verilir.

2000-ci ildə "İlin Müğənnisi" nominasiyasında "Qizil Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin Müğənnisi", "İlin albomu" ("Minilliyin sonu...") və "İlin Konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olur.
Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 120-dən çox solo konsert verib.
2007-ci il 07-12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət müəyyən etmiş olur.
2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Xalq artisti fəxri adı verilib.

Nigar Məmmədli

FaiqAgayevOmur.flv