On günün dustağı özünü asdı

on-gunun-dustagi-ozunu-asdi
Oxunma sayı: 760

Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün saat 07.00 radələrində 3 saylı istintaq təcridxanasında qeydə alınıb. Neftçala rayonunda anadan olan 45 yaşlı İslan Xıdır oğlu Fərziyev özünü asaraq intihar edib.

Hazırda hadisənin səbəbi araşdırılır.

Qeyd edək ki, İ.Fərziyev bu ilin avqustun 5-də AR CM-nin 234-cü maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum edilib.