Onlar 2011-in adamı oldular

onlar-2011-in-adami-oldular
Oxunma sayı: 678

Beləliklə, bu ada ötən il bütün Avropanı arxada qoyaraq vətənimizin bayrağını qaldırmaqla əsl vətənpərvərlik nümunəsi göstərdiyinə, Azərbaycanı beynəlxalq miqyasda daha yaxşı tanıtdırdığına, ölkəmizin müsbət imicinin formalaşması baxımından əhəmiyyətli addım atdıqlarına, mədəniyyətimzin yüksək səviyyədə təbliğinə, nüfuzlu mahnı müsabiqəsinin Azərbaycana gətirilməsi ilə ölkəmizə marağın artmasına səbəb olduğuna və bununla da Azərbaycanın ümumi inkişafına samballı töhfə verdiyinə görə “Avroviziya-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal layiq görülüblər.

Mükafatın təqdimat vaxtı və yeri barədə təşkilat komitəsi əlavə məlumat verəcək.

Qalibləri təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq.

Qeyd edək ki, "İlin adamı" mükafatı - 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib. Bu ada Azərbaycan Respublikasının müstəqilliyi, onun çiçəklənməsi, dövlətimizin müsbət imicinin formalaşdırılması naminə samballı xidmətləri ilə seçilmiş şəxslər layiq görülür.

2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, 2002 və 2003-cü illərdə mərhum prezident Heydər Əliyev, 2004-cü ildə Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara, 2005-ci ildə YUNESKO və İSESKO-nun xoş məramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, 2006-cı ildə Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə, 2007-ci ildə Prezident İlham Əliyev, 2008-ci ildə Azərbaycanın görkəmli rəssamı Tahir Salahov, 2009-cu ildə isə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu, 2010-cu ildə isə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov "İlin adamı" adına layiq görülüb.