Onlar belə sevir - 14 Fevral

onlar-bele-sevir-14-fevral
Oxunma sayı: 670

Amma hələ də öz dəyərini itirməyən 14 Fevral. Sevənlər üçün sevdiyinin yanında olması ona görə hər gün bayramdır. İstər bir ildə 1 dəfə, 2 dəfə, 3 dəfə olsun amma yenə də bunu qeyd etməkdən yorulmayan sevən insanlardır. Mən bu məqaləmdə sizə nə birinə bəslədiyimiz sevgi hissini, nə də əsrarəngiz sevgi hekayəsini sizlərə danışacağam. Bu məqalədə bu gün öz adət-ənənələri ilə və həyat tərzi ilə dünyanın diqqət mərkəzində olan “Gün doğan ölkə” adlandırılan Yaponiyada maraqlı tərzdə qeyd edilən 14 Fevraldan xüsusi faktları sizlərə çatdırmağa çalışacağam. Əminəm ki , bu faktlar 14 Fevralda “ nə hədiyyə alım?” deyə düşünən sevgililərə ən gözəl hədiyyəni seçməyə maraqlı fikirlər verəcək.

Onu qeyd etmək lazımdır ki , 14 fevral məhz dırnaq arasında xanımların bayramıdır. Çünki, sevgililər günündə öz sevgilərini göstərən və kişilərə hədiyyəni verən məhz qadınlardır. Yapon xanımları adətən öz sevgilərini ifadə etməkdə çox utancaq olurlar. Buna görə də, Valentine günü öz hisslərini ifadə etmək üçün ən böyük fürsətdir. Yapon qadınları öz sevgi hisslərini ağ şokolad verərək ifadə etməyi sevirlər. Düşünməyin ki, kişilər sadəcə hədiyyəni almaqla canlarını qurtarırlar. Əksinə tam bir ay sonra Martın 14-ü “Ağ gün” adlandırılan gündə bu dəfə kişilər xanımlara hədiyyə verirlər. Eyni qayda ilə kişilər də xanımlara ağ şokolad və ağ şəkər verməyə üstünlük verirlər. Məhz niyə bu gün “Ağ gün” adlandırılır ?.Cavabı isə çox sadədir. Sevgililər gününü yalnız sevgililər qeyd etmirlər. İstər kişi istər qadın ailədə olan xanımlara və ya kişilərə, əgər işləyirlərsə iş yerində olan xanımlara və ya kişilərə hədiyyə verirlər. Buna görə də, Fevralın 14-ü və Martın 14-dən bir həftə qabaq artıq ölkədə olan bütün şirniyyat sexlərində ağ şokolad və ağ şəkər çoxdan tükənmiş olur. 1980-ci ildən etibarən Yaponiyada olan bütün şirniyyat sexləri və un məlumatları firmaları bu günü “Ağ gün” adlandırmışlar. Sevgililərin bir-birinə verdiyi şokolad “honmei-choko”, iş yoldaşlarının bir-birinə verdiyi şokolada “giri-choko”, dostların bir-birinə verdiyi şokolada isə “tomo-choko” adlandırılır.

1 ildə 2 dəfə qeyd olunan Sevgililər günü düşünməyin ki çox vacib olduğu üçün bu qədər çox qeyd olunur. Əslində, isə bu mərasim sadəcə şokoladı vermək və almaqla bitir. Ondan sonra yaponların hamısı günlük iş rejiminə geri qayıdırlar. Çünki, bir yapon sevginin və ailənin təməlini qoruyub saxlayan işin olduğunu düşünüb onun üçün sevgi və ailə işdən soram ikinci planda durur. İqtisadiyyatı güclü olan bir dövlətin insanlarının bu cür həyat tərzi məncə artıq heç kimi təəccübləndirmir. Amma onu qeyd etmək lazımdır ki , istər dünyanın o tayı olsun istər də bu tayı ölməyən və insanları həyata bağlayan tək hiss SEVGİDİR. Onun üçün də “ Sevgini göstərmək üçün gərək bir gün Sevgililər günü kimi elan edilsin ?”...

Cabbarova Gülşən