Onlar bu gün nişanlanır

onlar-bu-gun-nisanlanir
Oxunma sayı: 651

Trend-ə etibarlı mənbədən daxil olan məlumata görə, cütlük efirdə bir-birlərinə olan sevgilərini real həyatda da sübut etməkdən ötrü bu addımı atıb.

Nişan mərasimi paytaxt restoranlarının birində baş tutacaq. Nə qədər qəribə görünsə də, həm Zaur, həm də Günay bu xoş xəbəri əksər iş yoldaşlarından gizli saxlayırlar. ATV-də çalışan həmkarlarımızın bəziləri Trend-ə nişan barədə məlumatsız olduqlarını söylədilər.

Zaur mobil nömrəsini dəyişdiyi üçün onunla əlaqə yaratmaq cəhdimiz boşa çıxdı. İstənilən halda sevgilərini birləşdirəcək cütlüyə xoşbəxtlik arzulayırıq.