Onlar da hacı oldu

onlar-da-haci-oldu
Oxunma sayı: 677

Hazırda Səudiyyə Ərəbistanında olan zəvvarlarımız Həcc ziyarətinin sonuncu əməllərini yerinə yetirirlər. Onlar oktyabrın 27-28-də şeytana sonuncu dəfə daş atacaqlar və bununla da Həcc əməlləri başa çatacaq. Zəvvarlarımız 5-12 noyabr tarixlərində təyyarə ilə Azərbaycana qayıdacaqlar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) beynəlxalq əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov Modern.az-a bildirib ki, bu il Azərbaycandan Həcc ziyarətinə gedənlərin çoxu qadınlardır. Həm kişi, həm də qadın zəvvarlarımız arasında məşhurlar da var.

“Bu şəhərdə” yumoristik qrupunun üzvləri, iki tanınmış aktyor Rafael İsgəndərov və Coşqun Rəhimov da bu il Həccə getmiş zəvvarlar arasındadırlar.

Oktyabrın 15-də müqəddəs yolçuluğa gedən aktyorlarımız da artıq hacı tituluna yiyələniblər. Bu barədə Modern.az-a "Bu şəhərdə"nin prodüseri və ssenari müəllifi Müşfiq Abbasov məlumat verib.

“Rafael və Coşqun oktyabrın 15-də müqəddəs Məkkəyə gediblər. Onlar artıq bütün vacib əməlləri yerinə yetirərək hacı adını qazanıblar".
Xatırladaq ki, Coşqundan fərqli olaraq, Rafael artıq ikinci dəfədir Həcc ziyarətinə gedir.