“Onlar da hədiyyə gözləyirlər...”

onlar-da-hediyye-gozleyirler
Oxunma sayı: 718

Azercell Telekom MMC yarandığı gündən korporativ sosial məsuliyyətə mühüm dəyər verir. Şirkətin Korporativ Sosial Məsuliyyətə yanaşması “Azərbaycan və Azərbaycan xalqı hər şeyin ən yaxşısına layiqdir” prinsipinə əsaslanır. Şirkətin prezidenti Ali Ağan da daima öz müsahibələrində korporativ sosial məsuliyyətin Azercell üçün boyük əhəmiyyət kəsb etdiyini vurğulayır: “Biz Korporativ Sosial Məsuliyyətin köməyi ilə ölkəmizin olan dəyərlərini qorumaq, gələcək dəyərləri yaratmaq və dəyərləri payılaşmağı qarşımıza məqsəd qoymuşuq. Biz arzu edirik ki, Azercell də daxil olmaqla, Azərbaycanda hər bir şirkət Sosial Məsuliyyətli biznes həyata keçirsin və şəffaf fəaliyyət göstərsin.”
Yarandığı gündən etibarən uşaqlara qarşı özəl diqqət göstərən Azercell fəaliyyətinin ilk günlərindən uşaqların qayğısına qalmağa başlayıb, uşaq problemlərini cəmiyyətin diqqətində saxlamaq üçün ictimai məlumatlandırma kampaniyası hayata keçirib, habelə uşaqların rifahına sərmayə yatırıb. Təsadüfi deyil ki, Azercell-in həyata keçirdiyi sosial layihələrin bir çoxu məhz uşaqlarla bağlıdır. Azercell faəliyyət göstərdiyi müddət ərzində uşaqlarla bağlı kifayət qədər maraqlı və önəmli layihələrə imza atıb. Sözügedən layihələr sırasında şirkətin həyata keçirdiyi “Onlar da hədiyyə gözləyirlər...” layihəsi öz orijinallığı ilə seçilir. Şirkət “Park Bulvar” alış-veriş mərkəzinin təmənnasız ayırdığı yerlərdə valideyn himayəsindən məhrum olan uşaqların Yeni İl arzularını gerçəkləşdirmək niyyətindədir. Belə ki, uşaqlar üçün nəzərdə tutulan hədiyyələrin adı qeyd olunan açıqcalar hal-hazırda “Park Bulvar” alış-veriş mərkəzinin yan girişlərində 2 şam ağacından asılıb və qeyd olunan hədiyyələr təsadüfən seçilməyib. Şirkət əməkdaşları uşaqların hər birindən istədiyi hədiyyənin adını öyrənib, onların adı yazılan açıqcaları ağacın üzərindəki rəngarəng yeni il oyuncaqlarının yayında yerləşdiriblər. Bu təşəbbüsün məqsədi ana və ata qayğısından məhrum olmuş 300 nəfər uşağı məhz özlərinin istədiyi hədiyyələrlə sevindirmək və onlar üçün Yeni İl bayramını unudulmaz etməkdən ibarətdir. Nəzərinizə çatdıraq ki, “Onlar da hədiyyə gözləyirlər...” layihəsi 11-19 dekabr tarixləri arasında keçiriləcək.

Yeni İl bayramının daha çox uşaqlar tərəfindən sevildiyini desək, yanılmarıq. Məhz belə bir bayramda Azercell tərəfindən hədiyyə almaq uşaqların bayram sevincini ikiqat artıracaq. Qeyd edək ki, sözügedən layihə ötən il də həyata keçirilmişdi və layihə çərçivəsində yüzlərlə uşaq Yeni İl bayramının sevincini yaşamışdı.

Azercell-in uşaqların sosial rifahına yönəlmiş layihələri təkcə bu layihə ilə bitmir. Azercell-in dəstəyi ilə indiyə qədər bu istiqamətdə onlarla layihə həyata keçirilib. Bu layihələr sırasında “De!” müsabiqəsini, “Çək!” asfalt üzərində rəsm müsabiqəsini, “Hər uşağın ailəyə ehtiyacı var”, “Mobil Diş Klinikası ”, “Mobil Göz klinikası” və s. layihələri misal göstərmək olar. Bundan əlavə, Azercell artıq 14 ildir ki, “Ümid Yeri” Reabilitasiya Mərkəzinə dəstək göstərir. Məlumat üçün bildirək ki, 2010-cu ildə Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün təxminən 1,4 milyon ABŞ dolları həcmində vəsait sərf edib. Şirkət həyata keçirdiyi sosial layihələrə görə dəfələrlə həm ölkəmizdə, həm də beynəlxalq arenada mükafatlandırılıb. Onu da qeyd edək ki, ilk dəfə məhz Azercell 2007-cı ildə “İlin Korporativ Sosial Məsuliyyətli” şirkəti seçilib, bundan sonra isə hər il sosial məsuliyyətlə bağlı mükafatlara layiq görülüb. Şirkətin gördüyu və görəcəyi işlər bununla bitmir. “Azərbaycanın qürur duyacağı şirkət” olmağı qarşısına məqsəd qoyan Azercell sosial layihələrinə davam edir!