“Onlar hamısı bir ümumi sistemin törəməsidir” - çəyirtkə psixologiyası

onlar-hamisi-bir-umumi-sistemin-toremesidir-ceyirtke-psixologiyasi
Oxunma sayı: 655

“Ermənistanın ictimai-siyasi sistemində radikal dəyişikliklərlə real olaraq maraqlanan güclər, təəssüf ki, obyektiv səbəblərdən parlament seçkilərində iştirak etmirlər” . “Qafqazinfo”nun erməni KİV-nə istinadən verdiyi məlumata görə, bu sözləri “Qarabağ” komissiyasının sabiq üzvü, Ermənistan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə keçmiş məsləhətçisi Aşot Manuçaryan deyib. Onun sözlərinə görə, indiki şərtlər daxilində hazırkı oliqarxiyanın nüfuzlu şəxslərinin seçkiyə bu sistemin aradan qaldırılması üçün vasitə kimi baxmaları sadəlövhlük olardı: “Bu mənada bizim başqa seçimimiz yoxdur. Sistem qalır, sadəcə dizayn dəyişir. Qeyd etmək lazımdır ki, Ermənistandakı siyasi güclərin taleyini həmin fövqəlmilli güclər idarə edir. Bu halda heç bir əhəmiyyyəti yoxdur, bu amerikalıdır, rusdur yaxud avropalıdır. Onlar hamısı bir ümumi sistemin törəməsidir – çəyirtkə psixologiyası ilə istehlak sisteminin. Məhz tədricən qırılmağa başlayan bu sistemi Ermənistanda aşılamaq və gücləndirmək istəyirlər”.

Bu situasiyadan çıxışı isə siyasətçi hər bir insanda dəyərlər sisteminin dəyişilməsində görüb: “Bizim bütün bəlalar ondan yaranır ki, biz oliqarxların mövcudluğuna qarşı deyil, həmin oliqarxların yerində olmadığımız üçün etiraz edirik” .

Səidə