Onları bu gün nə birləşdirir?

onlari-bu-gun-ne-birlesdirir-
Oxunma sayı: 671

Bu gün həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülsilam Allahşükür Paşazadənin də doğum günüdür. Şeyxülislam Allahşükür Paşazadə 1949-cu ildə Lənkəran rayonunun Cil kəndində anadan olub. A.Paşazadə 1968-70-ci illərdə Buxarada “Mir Ərəb” mədrəsəsində təhsil alıb. 1971-ci ildə İmam əl-Buxari adına Daşkənd İslam Universitetinin ilahiyyat fakültəsinə daxil olub və 1975-ci ildə oranı bitirərək tam ali dini təhsilə yiyələnib.
1975-ci ildə Qafqaz Müsəlmanları İdarəsində məsul katib, 1978-ci ildən Təzəpir məscidinin axundu, QMİ-nin sədr müavini vəzifələrində çalışıb. 1980-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin sədridir.

Milli Məclisin deputatı Fəzail Ağamalı üçün də avqustun 26-sı əlamətdar gündür. Fəzail Ağamalı 1947-ci il avqustun 26-da Ermənistan Respublikası Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Tarix elmləri doktoru, professordur. Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

2005-ci il noyabrın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputat seçilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komitəsinin üzvüdür.

Fəzail Ağamalı eyni zamanda Ana Vətən Partiyasının sədridir.
“Qafqazinfo” xəbər portalı ad günlərini qeyd edən ölkəmizin siyasi və ictimai xadimlərini təbrik edir!