“Onları hərbi gəmilərdən bombalayın”

onlari-herbi-gemilerden-bombalayin-
Oxunma sayı: 640

Suriyanın Lazkiyə şəhərində dünən iki döyüş gəmisindən atəş açılması nəticəsində ölənlərin sayının 26-ya çatdığı xəbər verilir. Suriyalı hüquq müdafiəçiləri, bir çoxunun vəziyyəti ağır olmaqla onlarca insanın yaralandığı barədə məlumat yayıblar.

Eyni mənbə xəbər verir ki, Bəşər Əsəd ölkədə inqilabi hərəkatı başlayandan bəri ilk dəfə hərbi gəmilərdən nümayişçilərə atəş açılması əmri verib. Döyüş gəmiləri Lazkiyənin əl-Ramil və Kininis istiqamətlərini bombardıman edib. “Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən əldə etdiyi məlumatda bombalanan bölgədə yerləşən Fələstin qaçqınlarının yerləşdiyi düşərgənin də ziyan çəkdiyi və ölənlər arasında fələstinlilərinin olduğu xəbəri verilir.

Lazkiyədən kənar ərazilərdəki Humus, Hama və İdlib şəhərlərində Suriya hərbi qüvvələrinin müdaxiləsi nəticəsində 4 nəfərin öldüyü bildirilir.