“Onun Sevgi məktubları...” – Qənirə Paşayeva

onun-sevgi-mektublari-qenire-pasayeva-
Oxunma sayı: 4497

Real hadisələr üzərində qurulmuş romanda yer alan məktubların mətni də kitabda nağıl olunan sevgi hekayəti qədər gerçəkdir. Oxuyacağınız hekayəti bədii təhkiyə və xırda müdaxilələrlə oxuculara çatdıran müəllif Qənirə Paşayeva, hadisələrin yazarı olmaqla yanaşı, həm də gerçək iştirakçılarından, qəhrəmanlarından biridir.

“Onun sevgi məktubları” - üç nəfərin hekayətidir...

Kitab müəllifin bu fikirləri ilə başlayır:

“Heç düşündünüzmü, bizə sevdiyimizi xatırlamaq, unutmamaq üçün yaddaş verən Tanrı niyə onu unutmaq üçün heç nə verməyib? Bəlkə Tanrı qullarını ən zəif, ən həssas, ən ağrılı yeri olan sevgi ilə imtahana çəkir? Sevgi ilə yaratdığının ağrıya dözümünü yoxlayır?

Sevgi, sevən insana ağrını, acını da sevdirəcək qədər dəlidi, çılğındı. Qəlbini yaralayan, könlünü, ruhunu ağrıdan, qürurunu darmadağın edən bir insana dünyanın ən gözəl sözlərini dedirdəcək qədər güclüdü. Ölümdən başqa heç nəyə tabe olmayan dəhşətli hissdir sevgi. Amma heç nəyə baxmayaraq, sevgidən qorxmaq lazım deyil. Onu yaşayanda, elə cənnəti yaşayır insan. Bir də ki, qorx, ya qorxma, fərqi yoxdur. Qəfil qonaq kimi, ən gözləmədiyin anında gəlir sevgi...
Kimisinə cənnəti, kimisinə cəhənnəmi gətirərək...”

Təqdimat mərasimində müəllif də iştirak edəcək və oxucular üçün kitablarını imzalayacaq. Həmçinin, təqdimat mərasimində oxucular müəllifin indiyə qədər yazdığı kitabları da əldə edə bilərlər. Müəllifin imzası ilə kitabı əldə etmək istəyən hər kəs təqdimatda iştirak edə bilər.