“Oqtay Əsədov Azərbaycanın imicinə zərbə vurdu”

oqtay-esedov-azerbaycanin-imicine-zerbe-vurdu
Oxunma sayı: 636

Bunu “Qafqazinfo”ya açıqlamasında hüquq müdafiəçisi Eynulla Fətullayev deyib. O, bildirib ki, özü də bu görüşdə iştirak edib: “Məndən savayı bu görüşdə Azərbaycanda rəsmi qeydiyyatdan keçən partiyaların, ictimai təşkilatların rəhbərləri də qatılıb. Rəsmi təşkilatları destruktiv qüvvə kimi təqdim etmək heç də parlament rəhbərliyinin siyasi mədəniyyətinə dəlalət etmir. Bilirsiniz, almaniyalı nazir beynəlxalq praktikaya və ən əsası Vyana Konvensiyasına əsaslanan prinsipləri rəhbər tutaraq hərəkət edib və bu prinsiplərdən çıxış etsək ümumiyyətlə xarici diplomat ölkədəki vəziyyət barəsində təəssüratını yalnız hökumət nümayəndələrinin dilindən deyil, həm də qeyri-hökumət sektorunun məlumatları əsasında formalaşdırılmalıdır. Əksinə hökumət normal məntiqə əsaslanaraq bu cür görüşləri təqdir etməli və bununla da Azərbaycanda demokratik siyasi sistemin təşəkkül tapmasını təsdiq etməlidir. Beynəlxalq praktikada adi hal sayılan bu cür görüşlərə belə əsəbi reaksiyaların verilməsi əslində dolayısı ilə Azərbaycanda demokratiya ilə bağlı problemlərin mövcudluğunu nümayiş etdirir. Qərbin liderləri qonşu ölkələrə, məsələn Rusiyaya səfər edəndə daima hökumət nümayəndələri ilə yanaşı vətəndaş cəmiyyəti institutları, siyasi müxalifət və QHT rəhbərləri ilə mütəmadi görüşlər və məsləhətləşmələr həyata keçirir. Və heç kəsin ağlına belə gəlmir ki Qərb liderlərini tənqid etsin. Hətta Putinin özü ABŞ-Rusiya birgə komissiyasının yaradılması ideyasına dəstək verdi və komissiyaya V.Surkov rəhbərlik etsə də, fəqət komissiyanın üzvləri sırasında Putinin ən qəti əleyhdarlarıdı. Məncə, belə bəyanatlarla Oqtay Əsədov və parlamentin deputatları İlham Əliyevin və Azərbaycanın beynəlxalq imicinə zərbə vurdular”.