Oqtay Gülalıyevə həbs cəzası verildi

oqtay-gulaliyeve-hebs-cezasi-verildi
Oxunma sayı: 675

“Qafqazinfo” xəbər verir ki, məhkəmə bu gün keçirilib. O, Sabirabadın Qaraqayın kənd icra nümayəndəsi və sakinlərinin şikayəti əsasında tutulub. Şikayətdə göstərilib ki, O. Güləliyev onları söyüb və təhqir edib. O. Gülalıyev İnzibati Xətalar Məcəlləsinin 296-cı (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, O. Gülalıyev “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru kimi Kür daşqınlarından əziyyət çəkən insanların hüquqlarının müdafiəsi ilə məşğul olurdu.