“Borçalı”dan Türkiyəyə yardım kampaniyası

borcalidan-turkiyeye-yardim-kampaniyasi
Oxunma sayı: 639

Qafqazinfonun məlumatına görə, toplantıda Gürcüstanda soydaşlarımızın son durumu, 30 oktyabr 2011-ci il tarixində “Ulu Borçalı” restoranında növbəti “Dədə Camal” Məclisinin keçirilməsi, Türkiyə Cümhuriyyətinin Van bölgəsində, zəlzələnin nəticələri müzakirə olunub. Müzakirələrin sonunda Dmanisi rayonunun Aşağı Oruzman kənd məktəbinin təxirəsalınmadan təmir olunması haqda Gürcüstanda fəaliyyət göstərən qurumlara müraciət olunması qərarlaşdırıldı. Eyni zamanda 30 oktyabr 2011 tarixində saat 11:00-da Ulu Borçalı sarayında “Borçalı Türk folklorunun özünəməxsusluğu” mövzusunda Dədə Camal Məclisinin keçirilməsi haqda müvafiq qərar qəbul olundu. Daha sonra Türkiyə Cümhuriyyətinin Van bölgəsində baş verən zəlzələ nəticəsində zərər çəkənlərə dəstək kompaniyasına başlamaq məqsədəuyğun hesab edildi. İclasda Türkiyəyə dəstək kompaniyasının 30 oktyabr tarixində noyabr ayının 3-ə qədər aparmaq haqda qərar qəbul edilib.

“Türkiyəyə dəstək kampaniyasına” qoşulmaq istəyənlər 30 oktyabr 2011-ci il tarixində saat 11:00-da “Ulu Borçalı” restoranında keçiriləcək “Dədə Camal Məclisi”nə, sonrakı müddətdə hər gün saat 12:00-dan 18:00-dək “Borçalı Cəmiyyəti”nin mərkəzi ofisinə müraciət edə bilərlər.