Borçalılar hesabat verdilər

borcalilar-hesabat-verdiler
Oxunma sayı: 642

“Qafqazinfo”nun məlumatına görə, mətbuat konfransında çıxış edən cəmiyyətin sədri Zəlimxan Məmmədli “Borçalı Türklərinin Elat mədəniyyəti günü” yay festivalı ilə bağlı ətraflı məlumat verib. “Borçalı” İctimai Cəmiyyətinin əsas məqsəd və vəzifələri Azərbaycan və Gürcüstan dövlətləri arasında dostluq və mehriban qonşuluq ənənələrinin inkişafına yardımçı olmaqdan, Azərbaycan və Gürcü xalqlarının qarşılıqlı inteqrasiyasında ictimaiyyətin qüvvələrini səfərbər etməkdən, Gürcüstanda yaşayan türklərin, həmçinin Azərbaycanda yaşayan gürcülərin mədəni-sosial və digər problemlərinin həllinə kömək etməkdən, cəmiyyətdə barış, dözümlülük, vətən və yurd sevgisi prinsiplərinin təbliğini həyata keçirməkdən, hər iki dövlət və xalq arasında sağlam dayaqlar üzərində qurulan mənəvi körpü rolunu oynamaqdan, Qafqazda birlik və bərabərlik üçün gərəkənləri həyata keçirməkdən ibarətdir.

Həyata keçirdiyimiz uğurlu layihələrdən biri hər il iyul ayının 26-da keçirilən “Borçalı Türklərinin Elat Mədəniyyəti Günü” yaylaq festivalıdır. Minlərlə insanın iştirak edəcəyi tədbir Borçalı-türk folklorunun və unudulmaqda olan “Elat” mədəniyyəti elementlərinin təbliği baxımından faydalıdır.

“Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin 23 iyul 2012-ci il tarixli qərarına əsasən “Borçalı” Cəmiyyətinin tədbirlərində və el üçün etdikləri fədakarlığa görə müəyyən şəxslər “EL ADAMI” fəxri diplomuna layiq görülməsinə qərar verilib.

Daha sonra sədr son zamanlar Gürcüstanlı soydaşlarımızın üzləşdikləri əməkçi miqrant problemləri, kütləvi cərimələnmə halları məsələsinə toxunub. O, cari məsələ ilə əlaqədar “Borçalı” İC İdarə Heyətinin təkliflərini diqqətə çatdırıb.

“Borçalı” Cəmiyyəti tərəfindən “Azərbaycan Respublikasında yaşayan, ölkə vətəndaşı olmayan şəxslərlə bağlı qanunvericilik müddəaları” mövzusunda keçirilmiş dəyirmi masada Gürcüstanlı soydaşlarımızın problemlərini nəzərə alaraq müəyyən təkliflər irəli sürülüb.