Borcunu ödəməyən ölkəyə BMT-dən səsvermə qadağası

borcunu-odemeyen-olkeye-bmt-den-sesverme-qadagasi
Oxunma sayı: 845

Venesuela borclarını ödəmədiyi üçün BMT Baş Assambleyasında səsvermə hüququndan müvəqqəti olaraq məhrum edilib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ötən il də Venesuela ödənişi gecikdirdiyi üçün səsvermə hüququndan istifadə edə bilməmişdi. Lakin borcunun bir hissəsini qaytardıqdan sonra bu imkan bərpa edilmişdi. 

Qeyd edək ki, BMT tərəfindən qəbul edilən qaydalara görə, quruma müəyyən edilən məbləği ödəməyən ölkənin əlindən səsvermə hüququ alına bilər. 

Məhz bu səbəbdən BMT-də səsvermə hüququndan faydalana bilməyən ölkələr Mərkəzi Afrika Respublikası, Dominik, Ekvatorial Qvineya, Qranada, Liviya, Surinam və Yəməndir.