Orduda faciə

orduda-facie
Oxunma sayı: 691

ANS PRESS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İzmir şəhəri Foça rayonundakı Jandarm Desant məktəbində yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə 18.00) baş verib. Məlumata görə, çavuşlar üçün keçirilən müxtəlif hərbi təlimlər zamanı minanatan atəşi həyata keçirilib. Atılan mərmilərdən biri uzaq məsafəyə getməyərək tribunadan təlimləri izləyən əsgərlərin qarşısında partlayıb. Hadisə nəticəsində müxtəlif xəsarət alan 15 hərbçi Foça dövlət xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti sabitdir və heç birinin həyati təhlükəsi yoxdur.