Ordumuzun zabitinin faciəvi ölümü

ordumuzun-zabitinin-facievi-olumu
Oxunma sayı: 640

Məlumata görə, hadisə ötən gecə saat 03.00 radələrində Bakı-Sumqayıt yolunda qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti, baş-leytenant Şahmar Ramazan oğlu Qasımov idarə etdiyi “VAZ-2107” markalı maşını yol kənarındakı maneəyə çırpıb. Nəticədə o, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Zabitin meyiti avtomobildə sıxılmış vəziyyətdə qalıb. Hadisə yerində olan insanların köməkliyi ilə zabitin meyiti avtomobildən çıxarılıb.