Orta məktəb şagirdi intihar etdi

orta-mekteb-sagirdi-intihar-etdi
Oxunma sayı: 669

Siyəzən Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, 16 yaşlı rayon sakini Namiq Hüseynov özünü yaşadığı evin çardağından asıb.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.