Orta məktəbdə yanğın oldu

orta-mektebde-yangin-oldu
Oxunma sayı: 687

Məktəbin direktoru Sima Mehdiyevanın ANS PRESS-ə verdiyi məlumata görə, hadisə məktəbin qazanxanasında yoxlama aparılan zaman baş verib.

"Hazırda yaxınlıqda tikinti gedir. Ola bilsin ki, tikinti zamanı qaz borusu zədələnib. Nəticədə sızan qaz kanalizasiya sitemindən məktəbin tualetinə dolub. Bu zaman partlayış olub. Tualetdə olan şagirdin əlləri yanıb. Bu, 11 -ci sinif şagirdi İbadlı Məmidir. Onun əlləri və qol nahiyəsi yanıb. Hazırda şagird təcili yardımla 5 saylı xəstəxananın yanıq klinkasına yerləşdirilib", deyə Sima Mehdiyeva bildirdi.

Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Xəzər rayon Polis İdarəsinin əməkdaşları gəlib. Hadisənin səbəbləri araşdırılır.

Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, partlayış şagirdin siqareti yandırdığı zaman baş verib.