Orta məktəblərdə şahmat fənni keçiləcək

orta-mekteblerde-sahmat-fenni-kecilecek
Oxunma sayı: 646

Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

Mərdanovun sözlərinə görə, şahmat fənninin tədrisinə bu tədris ilindən başlanılacaq.

"Bu fənn ilkin mərhələdə hər bir rayonun seçilmiş bir pilot məktəbinin aşağı sinflərində keçiriləcək. Yanvaradək bu fənnin kimlər tərəfindən tədris ediləcəyi müəyyənləşdiriləcək", - təhsil naziri əlavə edib.

Onun sözlərinə görə, bu fənnin tədrisində məqsəd bütün şagirdləri şahmatçı etmək deyil.

"Düşünmürük ki, Azərbaycanda hamını qrossmeystr edək. Mənim fikrim budur ki, bizim gənclər şahmatla nə qədər çox məşğul olsalar, bu, ancaq bizim xeyrimizə olar. Çünki şahmat oynamaq intellekt sahibi olmaq deməkdir. Şahmat oynayan məktəbli bizim istəmədiyimiz əməllərlə məşğul olmağa vaxt tapmayacaq", - Mərdanov bildirib.