Boru kəmərində baş verən partlayışda ölü sayı 85 oldu

boru-kemerinde-bas-veren-partlayisda-olu-sayi-85-oldu
Oxunma sayı: 875

Meksikada boru kəmərində baş verən partlayışda ölənlərin sayı 85-ə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Xorxe Alkoser məlumat verib. Onun sözlərinə görə, 58 yaralı hələ də xəstəxanadadır. 

Xatırladaq ki, güclü partlayış ötən cümə günü İdalqo ştatında, yüzlərlə insan boru kəmərindən yanacaq oğurlayarkən baş verib. Meksikanın dövlət neft şirkəti olan “Pemex” də bu məlumatı təsdiqləyib.