“Borussiya” “Bavariya”nı xalsız yola saldı - 5 qolluq matç + Video

borussiya-bavariyani-xalsiz-yola-saldi
Oxunma sayı: 1880

Almaniya çempionatının 12-ci turunun mərkəzi qarşılaşmasında Dortmund “Borussiya”sı öz meydanında əzəli rəqibi “Bavariya”nı qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu mövsüm parlaq çıxış edən və liderliyi ələ keçirən “Borussiya” rəqibini 3:2 hesabı ilə məğlub edib.

“Bavariya” matçın gedişində iki dəfə hesabda önə çıxsa da, meydan sahibləri əzmkarlıq nümayiş etdirərək qalib gəlməyəi bacarıb.

“Borussiya” bu qələbə sayəsində liderliyini daha da möhkəmləndirib və “Bavariya” ilə xal fərqini 7-yə çatdırıb.

“Borussiya” (Dortmund) - “Bavariya” - 3:2

Qollar: Levandovski, 26 (0:1),Roys, 49-pen (1:1), Levandovski, 52 (1:2), Roys, 67 (2:2), Pako Alkaser, 73 (3:2)