“Borussiya” ilk məğlubiyyətini aldı - Video

borussiya-ilk-meglubiyyetini-aldi
Oxunma sayı: 1069

Almaniya Bundesliqasında 16-cı turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, çempionatın lideri Dortmund “Borussiya”sı bu mövsüm ilk məğlubiyyətini alıb.

Belə ki, “Borussiya” səfərdə “Düsseldorf”la qarşılaşıb və 1:2 hesabı ilə məğlub olub.

Bu məğlubiyyətdən istifadə edən “Borussiya Münhenqladbax” öz meydanında “Nürnberq”ə 2:0 hesabı ilə qalib gələrək liderlə xal fərqini 6-ya endirib.

Hazırda Dortmund “Borussiya”sı 39 xalla liderliyini davam etdirir.