“Borussiya”da 55 illik rekord təkrarlandı

borussiyada-55-illik-rekord-tekrarlandi
Oxunma sayı: 1691

Dortmund “Borussiya”sının hücumçusu Mişi Batşuayi klub rekordunu təkrarlayıb.

“Qafqazinfo” xəbər verir ki, Almaniya Bundesliqasının 27-ci turunda doğma meydanda “Hannover”i 1-0 hesabı ilə məğlub edən “sarı-qaralar”ın yeganə qoluna belçikalı hücumçu imza atıb.

Batşuayi bu qolla klub rekordunu yeniləyib. Belə ki, forvard Dortmund təmsilçisinin heyətində Bundesliqada keçirdiyi 7 oyunda 6-cı qoluna imza ataraq, Fridxel Konitskanın 1963-cü ildəki nəticəsini təkrarlayıb.

Xatırladaq ki, Batşuayi yanvarda “Çelsi”dən mövsümün sonuna kimi icarəyə götürülüb.