“Borussiya”ya sürpriz təyinat

borussiyaya-surpriz-teyinat
Oxunma sayı: 2775

Aldığı uğursuz nəticələrdən sonra Peter Boşla yollarını ayıran “Borussiya Dortmund” klubuna yeni məşqçi təyin edilib.

“Qafqazinfo” xəbər verir ki, yeni təyinat klub azarkeşləri tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, 14 oyunda cəmi 3 xal qazanan və ötən həftə “Köln”dən qovulan Peter Ştyoger klubun yeni baş məşqçisi olub. Onunla 6 aylıq müqavilə imzalanıb. Mövsüm sonunda əldə ediləcək nəticəyə görə müqaviləyə yenidən baxılacaq.

Qeyd edək ki, Dortmund “Borussiya”sı mövsümə 7 matçda 6 qələbə ilə möhtəşəm start vermişdi. Lakin, bu klub son 8 matçda qələbə üzünə həsrət qalıb.