Boş yerlərə və kolleclərə ixtisas seçimi bitir

bos-yerlere-ve-kolleclere-ixtisas-secimi-bitir
Oxunma sayı: 1007

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

“Qafqazinfo” xəbər verir ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin (subbakalavrların) boş qalan yerlərə və kolleclərə keçirilən müsabiqədə iştirak etmək hüquqları yoxdur.

Abituriyentlər elektron ixtisas seçimi ərizə formasında ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 8-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5-ci sayında dərc olunub.

Ətraflı məlumatı DİM-in saytından əldə edə bilərsiz.