Boşanan aşıq danışdı

bosanan-asiq-danisdi
Oxunma sayı: 2740


“Qafqazinfo” gecce.az-a istinadən xəbər verir ki, həyat yoldaşından boşanmasından sonra bütün diqqətlər Samirəyə yönəldi.

Yalnız iş barədə düşündüyünü deyən Samirə, alınmayan taleyindən kədərlənmək əvəzinə xoşbəxt insanlara baxıb, sevinməyi üstünü tutduğunu söyləyir.

“Hərənin bir qisməti var. Yaxşılara baxıb, ancaq sevinmək lazımdır. Kimisə qınayanda ilk növbədə əlinizi vicdanınıza qoyun. Sonra da Allahdan qorxun. Sabah kimin başına nə gələcəyini heç kim bilmir. Dostluğun da, düşmənçiliyin də, elə boşanmağın da öz təhəri var. Şükürlər olsun ki, bizdə bütün proseslər sivil formada getdi”.