Boşanan məşhur cütlüyün təzminat qalmaqalı

bosanan-meshur-cutluyun-tezminat-qalmaqali
Oxunma sayı: 1562

Müğənni Yavuz Bingöllə keçmiş xanımı, sənətçi Öykü Gürman arasında qalmaqal yaşanıb.  “Qafqazinfo” xəbər verir ki, buna səbəb 2016-ci ildə boşanan cütlüyün təzminat məsələsində ortaq bir məxrəcə gələ bilməməsidir. 

Belə ki, məhkəmə Yavuzun Öyküyə 200 min TL pul ödəyəcəyi barədə qərar verib.  Lakin sənətçi hakimin hökmünə məhəl qoymayaraq pulu verməkdən imtina edib. 

Bundan sonra qarşı tərəf şikayətçi olub. Bingölün adına olan villanın satışı barədə təklif irəli sürülüb, ona 3 milyon 50 min qiymət qoyulub. 

Y. Bingöl təzminatı verməsə, mülk satışa çıxarılacaq.