Boşanmaq istəyən arvadını və qayınanasını döydü

bosanmaq-isteyen-arvadini-ve-qayinanasini-doydu
Oxunma sayı: 1696

Gəncədə ana və qızı kürəkən tərəfindən döyülüb. 

“Qafqazinfo”nun verdiyi məlumata görə, şəhər sakini 20 yaşlı Ə. İskəndərova müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 

Məlumata görə Ə. İskəndərova atasının evində boşanmaq istədiyi həyat yoldaşı tərəfindən döyülüb. Kürəkən həmçinin qayınanasına da bədən xəsarətləri yetirib.

Faktla bağlı hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən araşdırma aparılır.

Elmar Əli