Boşanmaq istəyən xanımına bomba sürprizi - Türkiyədə + Foto

bosanmaq-isteyen-xanimina-bomba-surprizi
Oxunma sayı: 737

Türkiyənin Zonquldağ əyalətində ər ondan boşanmaq istəyən xanımının avtomobilinə bomba qoyub.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə Ereğli rayonunda qeydə alınıb. Belə ki, əsas yola çıxan zaman insanlar  tərəfindən Yeliz Ö.-yə istifadə etdiyi avtomobilin altında bomba olduğu bildiriblər. Qadın avtomobildən enərək polis çağırıb. Təhlükəsizlik qüvvələri tərəfindən partladılan bombanın saxta olduğu aşkarlanıb.

Qadın həyat yoldaşı Sezai ilə boşanma mərhələsində olduğunu söyləyib. Polis tərəfindən saxlanılan Sezai xanımını qorxutmaq üçün maşına saxta bomba qoyduğunu etiraf edib.

Həbs edilən Sezai Ö. haqqında araşdırma başlayıb.