Ovçular qətli necə törətdi?

ovcular-qetli-nece-toretdi
Oxunma sayı: 708

Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, aparılmış araşdırmalarla müəyyən edilib ki, oktyabrın 20-də saat 24 radələrində Beyləqan, Xocavənd, Ağdam, Laçın rayonları üzrə Ovçuluq və Balıqçılıq idarəsinin sədri Allahyar Süleymanov idarə etdiyi avtomobillə Beyləqan rayonunun Yeni Mil qəsəbəsi yaxınlığında hərəkətdə olarkən Beyləqan şəhər sakinləri Ruhi Mahmudov, Mahir Əliyev, Mahir Hüseynov, Vasif Əsədov və Natiq Muradxanovun orada ov etdiklərini görüb. A.Süleymanov qanunsuz ov etdiklərinə görə həmin şəxslərdən özlərində olan ov silahlarını vermələrini tələb edib. Lakin tələb yerinə yetirilmədiyindən A.Süleymanov tüfəngi dartıb almağa cəhd göstərərkən atəş açılıb, bu zaman sonuncu baş nahiyəsindən, həmçinin yaxınlıqdakı Beyləqan rayon sakinləri Ruslan Alxanov və Əbülfət Cəfərov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

İş üzrə təxirəsalınmaz istintaq hərəkətlər həyata keçirilib, o cümlədən şahidlər dindirilib, məhkəmə-tibb, məhkəmə-ballistik, kompleks tibbi-kriminalistik, bioloji ekspertizalar təyin edilib və digər zəruri hərəkətlər yerinə yetirilib.

Oktyabrın 23-də Mahir Əliyevə Cinayət Məcələsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.