Övladları Əhməd Davudoğludan şikayətləndi

ovladlari-ehmed-davudogludan-sikayetlendi
Oxunma sayı: 644

“Qafqazinfo”nun Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, nazirin 4 övladından biri olan Mehmet ağır iş rejimi səbəbindən görə bilmədiyi atasından sosial şəbəkdə gileylənib. Belə ki, Davudoğlunun kiçik qızı Hacer Büke twitter hesabında atasını onlardan çox mühafizəçilərin gördüyünü yazıb. Bunun ardından qardaşı Mehmet Davudoğlu “kaş Ramazanda atamızla bir iftar edəydik” yazaraq bacısına dəstək olub.

Mehmet hətta sosial şəbəkədə “Əhməd əmi uşaqlarını sahura aparsın” adlı kompaniya başladıb. Nazirin digər qızı Sefure Davudoğlu isə şəxsi twitter hesabında “gecəsi gündüzünə qarışan insan necə oruc tutar və belə gülərüz ola bilər? Onda Əhməd Davudoğluya baxın” tiviti ilə diqqətləri çəkib.